Kanada da Lukaşenkonu tanımadı

18:32 - 26 Sentyabr
    1560 oxunma

Kanada avqustun 9-da Belarusda keçirilən prezident seçkilərindən sonra Aleksandr Lukaşnenkonun legitimliyini tanımaqdan imtina edən ölkələrin sırasına qoşulub.Bu barədə Kanadanın Xarici İşlər naziri Fransua Flipp Şampanın rəsmi açıqlamasında deyilir. 

Bundan başqa, “Reuters” agentliyi yazır ki, Kanada, ABŞ və İngiltərə Belarusa qarşı sanksiyalar hazırlayır. 

Qeyd edək ki, daha əvvəl ABŞ, Almaniya, Slovakiya, Çexiya, Danimarka, Niderland, Polşa, Ukrayna və s. dövlətlər A.Lukaşenkonun qanuni olaraq prezident seçilmədiyini elan etmişdilər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84