Kamil Zeynallının təltif olunması xəbəri haqda - Rəsmi açıqlama
-
10000 oxunma

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Kamil Zeynallının təltif edilməsiylə bağlı yayılan məlumatlara münasibət bildirib. Dövlət Xidməti bildirir ki, bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb:
"Həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib".
Qeyd edək ki, K.Zeynallı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən təltif edilib. Bu barədə məlumat təltifnamənin möhür yerində də görünür.
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84