Kadırovdan çeçen “avtoritet”ə ŞOK SÖZLƏR -  “...səni yeri yalamağa məcbur edəcəm"

17:16 - 07 Aprel
    40700 oxunma

Çeçenistan prezidenti Ramzan Kadırov,  ölkədə “avtoritet” kimi tanınan Aslanbek Axmetxanovu karantin qadağasını pozduğuna görə, ağır sözlərlə təhqir edib.

Bizimxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yayılmış videogörüntülərdən aydın olur. Belə ki, Ramzan Kadırov, müfti və respublikanın digər yüksək vəzifəli şəxsləri ilə birlikdə Gexi sakini Aslambek Axmetxanovun yaşadığı evdə onu sosial şəbəkədə yayılmış videolara görə təhqir edici sözlərlə tənbeh ediblər.

Videolardan bəlli olur ki, Aslan Axmetxanov koronavirusla bağlı ölkədə tətbiq olunan karantin rejimini pozaraq, özünə ad günü keçirib. Ad günündə qizlarla piknik keçirərək  şərab içən Axmetxanov karantin rejimini ələ salab. Daha sonra o, avtomat-pistoletdən havaya fasiləsiz güllə yağdırıb. Bundan başqa o, digər bir videoda bir qrup gəncin müşayiəti ilə “Gelandewagen”-də şərəfinə mahnı oxuyaraq "Karantin güclüdür" deyərək dövlət tədbirləri barədə istehza ilə danışıb.

Lakin çox çəkməyib ki, Ramzan Kadırov, Çeçenistan parlamentinin sədri Maqomed Daudov, Çeçenistan rəhbərinin müşaviri Adam Delimxanov, Çeçenistanın Daxili İşlər Naziri Ruslan Alxanov, Çeçenistanın Səhiyyə Naziri Elxan Süleymanov və Çeçen müftisi ilə birlikdə Gexidə yaşayan Aslambek Axmetxanovun evinə gələrək etdiyi əməllərə görə onu tənbeh ediblər. 

Respublika başçısı Kadırov Axmedxanova ard-arda suallar verib: "Əgər belə bir cəsarətli oğlansansa niyə qadınlar arasında oturub söhbət edirsən? Niyə gizlənirsən? Niyə öz şərəfini, çeçen xalqının şərəfini alçaldırsan? Sən Uca Tanrının söylədiklərinə qarşı getdin. ... Sən bütün adətləri pozdun, yersiz danışmısan, yanına bir qadın qoyub spirtli içki içirdin. Sən böyük nəslin  adamısan, xalqından utanmırsan?" – deyə Çeçenistan rəhbəri davamında  odlu silahdan istifadənin qanunsuzluğuna da diqqət çəkib.

Video süjetdə şərab içdiyinə haqq qazandırmağa çalışan Axmedxanov ad gününü qeyd etdiyini söyləyib: "Ramzan Axmatoviç, mən olduğu kimi deyirəm. Mən içki içmirəm. O gün mənim ad günüm idi. Gecə saat 12-dən sonra həyətdə oturduq, küçədə karantin idi... Mən sadəcə 1 badə qaldırmışam. Uca Tanrı naminə, Peyğəmbər naminə Ramzan məni bağışla. Sənə söz verirən  bir daha içməyəcəm. Mən öz sözümün ağasıyam. Bundan sonra bir daha içsəm “kişi” deyiləm.

Kadırov buna cavab olaraq bildirib ki, bütün çeçen xalqı Axmetxanovun tapılmasını və cəzalandırılmasını tələb edib. Çeçenistan rəhbəri Axmetxanovdan silahların necə əldə etdiyi barədə danışmağı tələb edib: "Mən hər şeyi bilirəm. Sənə yeganə şans verirəm…danış... Bu qədər silahı hardan və nə məqsədlə  almısan?  Uca Qurani-Kərimə and içirəm ki, səni Çeçenistan boyunca yeri dilinlə yalamağa məcbur edəcəyəm" .

Axmetxanov dövlət televiziyasının efirindən Ramzan Kadırov və Çeçen xalqından üzr istəyərək hər şeyi danışacağına söz verib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84