Kadırov Pompeonu doğma kəndinə dəvət elədi: “Bura çox gözəldir”

14:42 - 21 İyul
    3225 oxunma

ABŞ Dövlət Departamentinin Çeçenistanın başçısı Ramzan Kadırova və ailəsinə qarşı sanksiya tətbiq eləmək qərarından sonra Kadırov ABŞ-ın dövlət katibi Mayk Pompeoya videomüraciət  edib.

Adı ABŞ-ın “qara siyahısı”na düşmüş Kadırov Qroznı TV-də nümayiş etdirilən müraciətində deyib: “Bildiyiniz kimi, məni daha bir sanksiya siyahısına salıblar. Sən demə, ABŞ-da belə siyahılar çox imiş. O qədər qorxdum ki, öz doğma Benoy kəndimə gəldim. Pomeo, sən də bura gəl, bura çox gözəldir, danışaq, görək kim hansı hüquqları pozur?”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ramzan Kadırovu İnsan haqlarını pozan şəxslərin olduğu “qara siyahı”ya salıb. Siyahıda onun həyat yoldaşı Mədni Kadırovanın, qızları Ayşat və Karina Kadırovaların da adları yer alıb. Bununla onların ABŞ-a girişi qadağan olunub.

Daha əvvəl isə Kadırov ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilmişdi.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84