. .

Jurnalistin Şengen qadası daha 5 il uzadıldı

11:50 - 15 Mart
    7734 oxunma

Polşa "Russia Today" in jurnalisti Leonid Sviridovun "milli təhlükəsizliyə təhdid" adı ilə Şengen ölkələrinə giriş qadağasını beş il uzadıb.

Bizimxeber.az bildirir ki, bu barədə mətbuata Leonid Sviridovun vəkili məlumat verib: "Müvəkkilimin xahişi ilə Polşanın rəsmi qurumlarına bir sorğu göndərdim. Tələbdə müştərimin müxtəlif səbəblərdən Polşaya girişinə icazə verilməyən xarici vətəndaşların məlumat bazasında görünüb-görünmədiyini bildirməyimizi xahiş etdik. Məktubla yazılı şəkildə rəsmi cavab aldıq".

Sənəddə Sviridovun Polşa Respublikasının ərazisində olması arzuolunmaz olan əcnəbilərin siyahısında olduğu qeyd olunub. Həmçinin sənəddə deyilir ki, Sviridovun Polşa Respublikasının ərazisinə girməsi və ya bu ərazidə qalması dövlətin təhlükəsizliyinə təhlükədir. 

Qeyd edək ki, 24 oktyabr 2014-cü il tarixində Polşa Xarici İşlər Nazirliyi, 2003-cü ildən bəri Varşavada çalışan Sviridovun jurnalist akkreditasiyasını heç bir səbəb göstərmədən ləğv edib. Bundan sonra Polşa hakimiyyəti, Sviridovun yaşayış icazəsindən - AB-nin uzun müddətli sakini statusundan məhrum edilməsinə dair inzibati prosedura başlayıb.

Qərardan sonra jurnalist 30 gün ərzində ölkəni tərk edib. Sviridova 2020-ci ilin dekabrına qədər 5 il müddətinə Şengen əyalətlərinə giriş qadağan edilib. Hazırda isə qadağa daha 5 il uzadılıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84