Jurnalist qanunsuz həbsində nazirin rolundan yazdı

21:38 - 16 Yanvar
    8160 oxunma


Cəbhədə Qarabağın azadlığı uğrunda şiddətli döyüşlər getdiyi bir vaxtda Azərbaycanda jurnalistin həbsi baş verdi. Gədəbəydə gənc jurnalist Zaur Qəmbərov həbs olundu. Hazırda həbsdə olan Zaur Qəmbərov qardaşı vasitəsilə mətbuata müraciət ünvanlayıb:

Hörmətli həmkarlar, 

Bildiyiniz kimi ötən ilin noyabr ayının 3-də Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mustafayevin göstərişi ilə şərlənərək həbs olunmuşam. Həbsimin səbəbi rayonda baş verən məmur cinayətləri barədə çoxsaylı məqalələr yazmağım olub. Həbs edilərkən elə düşünürdüm ki, bu işdə maraqlı olan yalnız İbrahim Mustafayev başda olmaqla rayonun bir sıra məmurlarıdır.

Amma sonra aldığım məlumatlardan mənə aydın oldu ki, bu işdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də böyük marağı olub. Belə ki, mənim icra başçısının çox böyük qəzəbinə səbəb olan yazım, nazirliyin yerli idarəsi olan DSMF Gədəbəy rayon şöbəsi barədə idi. Həmin şöbəyə gedərək adı şöbədə işçi olaraq rəsmiləşmiş, amma özü başçının qara pullarını yığmaqla məşğul olan, başçının bibisi oğlu Taleh Mövla oğlu Məmmədovu axtardım. Onun hansı masada oturduğunu, hansı kəndlərin pensiya məsələsinə baxdığını soruşdum.

Nə Taleh Məmmədovu gördüm deyən oldu, nə də hansı işi gördüyünü bilən. Mən də rastlaşdığım vəziyyəti olduğu kimi ictimailəşdirdim. Fikirləşdim ki, yəqin DSMF Gədəbəy şöbəsinin müdiri başçıdan asılıdır deyə Taleh Məmmədovun işə çıxmamasına göz yumur. 

Nə gizlədim, düşünürdüm ki, bu məlumat ictimailəşəndən sonra Sahil Babayev bir tədbir görər. Amma əksinə oldu,  nazirlik qanunsuzluğu ört-basdır etdi.

Hazırda isə qanunsuz həbsdəyəm. Həbsimdən bir qədər sonra DSMF Gədəbəy rayon şöbəsi ləğv edilərək Şəmkirdə yaradılmış regional idarəyə birləşdirilib. Aldığım məlumata görə həmin Taleh Məmmədov  Regional İdarədə də yüksək maaşlı işə təyin edilib və yenə də işə gəlmir. İndi siz deyin, regional idarə də Gədəbəyin başcısına tabedir? 

Xeyr. Regional İdarənin rəisinə tapşırıq nazir tərəfindən verilir. Deməli nazirlə başçını hansısa gizli münasibət birləşdirir və mən bu münasibətin güdazına getmişəm.
Sual olunur, Şəmkirdə saysız-hesabsız işsiz gənclər is axtardığı halda Sahil Babayevin Taleh Məmmədova bu cür imtiyaz verməsinin səbəbi nədir? 

Öz anasına pensiya təyin etdirib, anasından qat-qat ağır xəstələrin əlillik dərəcələrini ləğv etdirən, onların şikayətini belə dinləməyən bir nazirdən başqa nə gözləmək olar ki? 
Hörmətli həmkarlar, şərlənərək həbs olunmağımdan çox, üzümə kimlərin duraraq məni həbs etdirməsi narahat edir. Müharibənin ilk günündən könüllü olaraq cəbhəyə getmək üçün müraciət etsəm də, barəmdə məhkəmə araşdırması aparıldığını əsas götürüb cəbhəyə aparmadılar. Amma üzümə duranların özləri, övladları müxtəlif yollarla cəbhədən yayındılar.

Onların öz ailə üzvlərinə saxta pensiya təyin etdirdiklərini sübut etsəm də, Sahil Babayev heç bir tədbir görmədi. Bütün bunları yazaraq qanunsuz həbs olunmağımın kimlər tərəfindən hazırlandığını diqqətinizə catdırır və sizdən üzərimdə qurulmuş məhkəmə adlı saxta məzhəkəni diqqətdə saxlamağı xahiş edirəm”.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84