.
.

“İzi itirmək məqsədi ilə meyiti yandıraraq quyuya atıblar” - DİN-dən açıqlama

18:32 - 17 Mart
    25480 oxunma


Daxili İşlər Nazirliyi ötən il Sumqayıt şəhərində itkin düşən şəxsin meyitinin quyudan tapılması ilə bağlı açıqlama verib. 

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, şəhərin Tağıyev qəsəbə sakini Xanəli Əmirov 2020-ci il dekabrın 20-də itkin düşüb: “Onun yaxınlarının polisə verdiyi məlumatla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsi, eyni zamanda, İdarənin ərazi polis bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin tapılması istiqamətində intensiv tədbirlər həyata keçirilib. 

Nəhayət, martın 15-də günorta saatlarında qəsəbənin ərazisindəki orta məktəbin yaxınlığında quyuda onun yanmış meyitini aşkar ediblər. 

Belə ki, Sumqayıt ŞPİ-yə əməliyyat məlumatı daxil olub ki, Yusif Rəhimov həmin şəxsin qətlə yetirilməsində şübhəlidir. Məlumat əsasında Y.Rəhimov saxlanılıb. O, dindirilmə zamanı etiraf edib ki, dayısı ilə birgə onu öldürüblər və meyiti gizlətdikləri yer barədə də məlumat verib.

İlkin araşdrmalar müəyyən edilib ki, Xanəli Əmirovun evinə gəlmiş tanışları Yusif Rəhimov və onun dayısı Tehran Rəşidov münaqişə zəıminində onu bıçaqla qətlə yetirərək izi itirmək məqsədi ilə meyiti yandıraraq quyuya atıblar. Sumqayıt ŞPİ əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törəməkdə şübhəli bilinən hər iki şəxs tutulub”.

Məlumata görə, Y.Rəhimov ilə X.Əmirov arasında əvvəllər də bir neçə dəfə mübahisə düşüb. 24 yaşlı Yusif bu barədə dayısına məlumat verib. Onlar birlikdə X.Əmirovun evinə gediblər və mənzilə daxil olduqdan sonra onu bıçaqlayıblar.

Hazırda fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84