İyunun 15-dən uçuşlar bərpa olunacaq

12:32 - 29 May
    1620 oxunma

“Avstriya Hava Yolları” (AUA) koronavirus pandemiyası ilə əlaqədar yaranmış üç aylıq fasilədən sonra iyunun 15-də müntəzəm reysləri bərpa edəcək.

Bu barədə məlumatı aviaşirkətin mətbuat xidməti yayıb. Məlumatda bildirilir ki, ilkin mərhələdə Avropa daxili uçuşlar həyata keçiriləcək və artıq 37 istiqamət üzrə biletlərin satışına başlanılıb. Avropadan xaric istiqamətlərdə isə hələlik Tel-Əviv istiqamətində reyslər bərpa olunacaq.

Şirkətdən, həmçinin bildirilib ki, iyulun əvvəlindən etibarən əlavə istiqamətlər üzrə də uçuşlar açılmalıdır və hazırda uçuş cədvəli üzərində iş aparılır. Kiçik və ortamənzilli reyslərin ardınca uzaqmənzilli (kontinental) uçuşlara da başlanacaq.

Tərlan
Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84