. .

İtkin hərbçilərin axtarışı zamanı yüzlərlə mina belə aşkar edildi - Video

17:14 - 10 May
    1213 oxunma


Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kəlbəcər rayonunun ucqar dağlarında Vətən Müharibəsi zamanı itkin düşən hərbçilərin axtarışı zamanı yüzlərlə minaların quraşdırıldığı ərazi aşkar ediblər. 

Bizimxeber.az xəbər verir ki, bu barədə həmin şəxslər sosial şəbəkədə video paylaşaraq məlumat veriblər.

Murovdağ ətrafında axtarışlar zamanı dağın yamacında yüzlərlə piyada əleyhinə mina tapılıb. Belə ki, qarın əriməsi və dağın yüksəkliyindəki qar topasının uçqun nəticəsində aşağı yığılmasından sonra minalar üzə çıxıb.

Bununla da axtarışların necə çətinliklə və təhlükəli formada həyata keçirildiyi bir daha məlum olub.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84