İtkin əsgərlərimizin axtarışı davam edir  - VİDEO

11:29 - 24 Dekabr
    1190 oxunma

Müvafiq dövlət qurumlarının təmsil olunduğu xüsusi komissiya itkin düşən əsgərlərimizin axtarışını fasiləsiz şəkildə davam etdirir. Bizimxeber.az bildirir ki, azvision.az-ın əldə etdiyi videoda axtarışların çətin şəraitdə, qarda, mürəkkəb relyefdə necə getdiyini görürük.

Qeyd edək ki, 2020-ci il dekabrın 8-nə olan məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş 2723 nəfər hərbçisi dəfn edilib. Bundan başqa, müvafiq dövlət orqanları tərəfindən itkin düşənlərin axtarılması və eyniləşdirilməsi zəruri olan hərbi qulluqçuların DNT eyniləşdirilməsi iqtiqamətində aparılan işlər nəticəsində dekabrın 8-dən 21-dək 76 nəfər identifikasiya edilərək, ailələrinə verilib və dəfn edilib.

Dekabrın 21-nə olan məlumata görə 2802 şəhid barədə məlumat təqdim olunub, 12 nəfər hərbi qulluqçu erməni əsirliyindən qaytarılıb. İtkin düşənlərin axtarılması və eyniləşdirilməsi zəruri olan hərbi qulluqçuların DNT eyniləşdirilməsi iqtiqamətində işlər davam etdirilir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84