İtkin düşən zabitimizin şəhid xəbəri gəldi, Fəxri Xiyabanda dəfn olundu

00:58 - 15 Yanvar
    4600 oxunma

SİZİN REKLAM YERİNİZ - ok
SİZİN REKLAM YERİNİZ

Vətən müharibəsində itkin düşmüş baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu müəyyənləşib. Bu barədə şəhid zabitimizin yaxınları məlumat verib. 28 yaşlı şəhidimiz bu gün Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Lənkəran şəhərindən olan Həsanağa Abdullazadə ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlaya bilmişdi. Evin tək övladı olan şəhid zabitimiz 2019-cu ildə ailə həyatı qurub.

O, Vətən müharibəsinə Göygöldə yerləşən N saylı hərbi hissənin Qərargah rəisinin müavini kimi qatılıb. Baş leytenant Abdullazadə Murovdağ, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84