İtkin düşən Əkbərin şəhid xəbəri gəldi...

22:48 - 15 Fevral
    13800 oxunma

Vətən müharibəsində itkin düşən kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun şəhid olduğu müəyyənləşib.

Bu barədə bizimxeber.az şəhidimizin yaxınları məlumat verib.

Hərbçimizin şəhid olduğu DNT analizi nəticəsində təsdiqlənib. Şəhidimizin sabah Neftçalanın Xıllı qəsəbəsində cənazə namazı qılınacaq. Daha sonra Quliyev Əkbərin nəşi Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında torpağa tapşırılması üçün paytaxta gətiriləcək.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Əkbər Quliyev hərbi xidməti Tərtərdə başa vurub. O, müharibədən öncə təlimlərə cəlb edilmiş, daha sonra isə döyüşlərə qatılmışdı.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84