İtaliyalılar mayın 4-nə hazırlaşır -  karantin yumşalır

03:50 - 28 Aprel
    915 oxunma

İtaliyanın baş nazir Cüzeppe Konte bazar günü deyib ki, mayın 4-dən etibarən fabriklər və tikinti sahələrinin açılmasına və Avropanın ən uzun koronavirus karantininin yüngülləşdirilməsi məqsədilə ailələrin bir-birlərinə baş çəkməsinə icazə veriləcək.

Bizimxeber.az bildirir kiCOVID-19 ilk Milan yaxınlığındakı kiçik bir şəhərdə baş qaldırandan və yayılaraq, bir neçə həftə İtaliynı karantinə məcbur etdikdən sonra ölkəni yeni bir dalğa - iqtisadiyyat böhranınin ikinci daığası gözləyir.

"Bizi çox mürəkkəb bir problemlə qartşılaşacağıq" - deyə, Konte bildirib. O, mart ayının əvvəlindən bəri durğun vəziyyətdə olan iqtisadiyyatın fəaliyyətinə yenidən başlanması üçün yol xəritəsini açıqlayıb. "Biz bu virusla yaşayacağıq və mümkün olan bütün tədbirləri görməliyik" deyib, Konte.

İstehsalçılar, tikinti şirkətləri və bəzi topdansatış müəssisələrinə mayın 4-dən, pərakəndə satış müsəssisələrinin isə yenidən işə başlamasına iki həftə sonra icazə veriləcək. Restoran və barların tam açılışına iyun ayının əvvəlindən icazə veriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84