İşxan Saqatelyan: "Mübarizənin yeni mərhələsini elan edirik"

14:53 - 10 Yanvar
    1040 oxunma

Erməni müxalifəti mübarizənin yeni mərhələsinə başlayır. Bunu “Daşnaksütyun” partiyası Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan söyləyib. 

O bildirib ki, “Mübarizənin yeni mərhələsini elan edirik. Bütün səylərimizi birləşdirərək utanc divarına mismar vurub vətənlərini satan xainləri hakimiyyətdən uzaqlaşdırmağa nail olacağıq. Yaxın günlərdə müxalif Vətəni Qurtarma Hərəkatı, hakim “Mənim addımım” fraksiyasının deputatları və Baş nazir komandasının digər üzvləri ilə “izahlı iş” aparmağa davam edəcək”.

Xatırladaq ki, Dağlıq Qarabağda döyüş əməliyyatları bitdikdən sonra 17 erməni müxalif siyasi partiyası Baş nazir Nikol Paşinyan və Ermənistan hökumətinin istefası tələbi ilə etiraz aksiyaları keçirirdi. Lakin son günlər mitinqlər dayanıb.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84