İsveçrədən Azərbaycana dəstək

15:27 - 05 Oktyabr
    1135 oxunma

İsveçrə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Bu barədə məlumatı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova bildirib.

Səfir Xanım İbrahimovanın İsveçrə Xarici işlər Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşlərdə İsveçrə XİN-in rəsmiləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı rəsmi mövqeyi ifadə olunub.

Bildirilib ki, Ermənistanın ölkəmizə qarşı başlatdığı son hərbi  təcavüzün və bu təcavüz nəticəsində Azərbaycanın mülki əhalisi və obyektlərinə vurulan zərərlərin qınanılması, erməni yalanlarının ifşa edilməsi istiqamətində keçirilən silsilə görüşlərdə Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsindən sonra Azərbaycana qarşı ciddi provokasiyaların aparılması, Ermənistanın rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə sülh danışıqlarının iflic vəziyyətinə salınması üçün addımların atılması, hazırda Azərbaycanın öz işğal edilmiş torpaqlarının azad edilməsi istiqamətində Ermənistan Silahlı qüvvələrinin təcavüzünün qarşısının alınması, habelə mülki vətəndaşlarımızın qorunması üçün əks-hücum həyata keçirilməsi həmsöhbətlərin diqqətinə çatdırıb.

Bundan əlavə, Ermənistan tərəfindən mülki əhali və obyektlərin məqsədyönlü şəkildə atəşə tutulması və nəticədə çoxsaylı itkilərimizin olmasını qeyd edən səfir beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını vurğulayıb. Bu xüsusda o, dünya birliyi tərəfindən mülki şəxsləri də hədəf alan Ermənistanın hərbi təcavüzünün qınanılmasının vacibliyinə toxunub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84