İsveçdə “Qurani-Kərim”i yandıranlara cəza tələbi - İğtişaşlar başlayıb - VİDEO

10:48 - 30 Avqust
    1965 oxunma

İsveçin Malmö şəhərində “Qurani-Kərim”in yandırılmasına etiraz olaraq aksiyalar keçirilib. Bu barədə SVT telekanalı məlumat yayıb.

Qeyd olunur ki, İsveçin “Sərt yol” partiyasının üzvləri Malmö şəhərinin Rusenqord əyalətində Skandinaviya ölkələrində İslam dininin yayılmasına etiraz olaraq “Qurani-Kərim” kitabını yandırıblar. Təxribatçı hərəkətlərdən qəzəblənən 300-ə yaxın Malmö sakini şəhərin iki əsas küçəsindəki avtomobil yolunu bağlayaraq müqəddəs kitaba hörmətsizlik edən şəxslərin cəzalandırılmasını tələb ediblər.

Polisin aksiyaya müdaxiləsi nəticəsində etirazçılar ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb.

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84