İstintaq 7 aydır Rafael Cəbrayılovu dindirmir? - Necə “toxunulmaz” oldu?

15:24 - 16 Yanvar
    13720 oxunma


İstintaq 7 aydır Rafael Cəbrayılovu dindirmir? - Necə “toxunulmaz” oldu? - ŞOK DETALLAR / VİDEO

Borclu olması səbəbindən deputat mandatını girov qoyub, daha sonra mandatı əlindən alınan Rafael Cəbrayılov nə vətəndaşlara vurduğu maddi zərəri ödəyib, nə də ona qarşı açılan cinayət işində bir irəliləyiş var.

Bizimxeber.az bildirir ki, vətəndaşlara külli miqdarda ziyan vurduğu üçün keçmiş deputat Rafael Cəbrayılovun barəsində 7 aydan çoxdur ki, Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb.

Maraqlıdır ki, 7 ay ərzində istintaq hərəkətsizlik nümayiş etdirir. Rafael Cəbrayılov dələduzluq yolu ilə onlarla vətəndaşın bir neçə milyon pulunu yeyib. Şikayətçilər var, mətbuatda da bu barədə saysız-hesabsız məqalələr dərc olunub. Hər şey ortada olsa da, müstəntiqlər hərəkətsiz qalmaqda davam edir. Əldə etdiyimiz məlumata görə, ötən 7 ay müddətində keçmiş deputat bir dəfə də olsun dindirilməyib.

Rafael Cəbrayılov zamanında deputat idi və toxunulmazlığı vardı. Hazırda müstəntiqlər Rafael Cəbrayılova niyə toxuna bilmir, bu, çox maraqlıdır. Keçmiş deputat toxunulmazlığı haradan alır? İstintaqın fəaliyytsizliyi deməyə əsas verir ki, Rafael Cəbrayılov haqqında açılan cinayət işi formal xarakter daşıyır.

İşə baxan müstəntiq Ceyhun Rzayev müxtəlif bəhanələrlə şikayətçiləri yola verməklə məşğuldur. Gah deyir, COVID-19-a yoluxmuşam, gah da məzuniyyətdə olduğunu bildirir. 7 ay ərzində müstəntiq heç bir addım atmayıb. Müstəntiq hətta "işim çoxdur, ona görə bu işin üstünə gələ bilmirəm”, deyir. Maraqlıdır, Azərbaycanda milyonluq işlər bu qədər çoxdur? Şikayətçilər hətta işin Ceyhun Rzayevdən alınıb, başqa bir müstəntiqə verilməsi ilə bağlı ölkə rəhbərliyinə də şikayət ərizəsi ilə müraciət ediblər.

İstintaqın hərəkətsizliyi zərərçəkənlərin əsəblərini tarıma çəkməkdədir. Onlarla vətəndaşa vurulan maddi zərərin ödənilməsi qeyri-müəyyən müddətə qədər uzanır. Mandatını girov qoyub, mandatı əlindən alınan Rafael Cəbrayılov isə heç nə olmamış kimi həyatını yaşayır. /Yenicag/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84