İstefa üçün verilən vaxt bitdi, Belarusda etirazlar şiddətləndi

11:21 - 26 Oktyabr
    3610 oxunma

Belarusun müxalifət lideri Svetlana Tixanovskayanın oktyabrın əvvəlində Litvadan etdiyi müraciətində Prezident Aleksandr Lukaşenkoya 25 oktyabra qədər istefa etməsi üçün verdiyi vaxt ötən gün bitib.

Belə ki, Tixanovskaya Lukaşenkonu istefa vermədiyi təqdirdə ölkədə ümumi tətil olacağı və etirazların artacağı ilə hədələmişdi. Tixanovskayanın Lukaşenkonun istefası üçün verdiyi vaxt bitdikdən sonra minlərlə insan yenidən küçələrə axışıb. Nümayişçilər dövlət başçısının istefasını tələb ediblər.

Belarusun “Viasna” İnsan Hüquqları Mərkəzinin açıqlamasına görə, ötən gün ərzində saxlanılanların sayı 128-ə çatıb və bu sayın artmaqda olduğu bildirilib. Mərkəz bibər qazı və səs bombası istifadəsi zamanı bəzi şəxslərin yüngül yaralandığını və polisin sərt müdaxilə etdiyini və xəstəxanalardakı yaralı sayının müəyyənləşdirilməsinə dair işlərin davam etdiyini bildirib.

Qeyd edək ki, Belarusda 9 avqustda Prezident seçkilərindən sonra başlayan hökumət əleyhinə etirazlar 11-ci həftədir ki, davam edir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84