İstanbuldan ölkəmizə gətirilən 16 ədəd “iPhone” müsadirə edildi

14:24 - 09 Fevral
    17960 oxunma


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları mobil telefonların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Belə ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçən zaman saxlanılıb və çantalarının rentgen aparatından keçirilməsi üçün “Qırmızı kanal” buraxılış sisteminə yönləndirilib.

Bu zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Yoxlama zamanı vətəndaşa məxsus əl çantalarında əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, yazılı və ya elektron formada bəyan edilməyən 14 ədəd “iPhone 12 Pro 128GB”, 2 ədəd “iPhone 12 Pro Max 128GB”, 1 ədəd qutusu və aksesuarları olmayan “Samsung A71” markalı mobil telefon, 1 ədəd “Airpods Pro” markalı qulaqlıq, 4 ədəd “iPhone” markalı mobil telefonlar üçün USB və 14 ədəd telefon aksesuarları üçün qab aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84