. .

İstanbulda yürüş etmək istəyən 244 nəfər saxlanıldı - Fotolar

00:46 - 02 May
    5418 oxunma

Koronavirus əleyhinə tədbirlər çərçivəsində Türkiyədə 1 may - Əmək və Həmrəylik Günü qeyd olunmasa da, bir qrup şəxs buna məhəl qoymayaraq Taksimdə yürüşə cəhd edib.

Bizimxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, qabaqcadan tədbir görən polis pandemiyaya görə tam qapanma səbəbindən kütləvi toplaşmaya icazə verilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Buna baxmayaraq, yürüşə davam edən və şüarlar səsləndirən qruplar polisə müqavimət göstərib. Polisin müdaxiləsindən sonra 244 yürüş iştirakçısı saxlanılıb.

İstanbul valiliyindən verilən açıqlamada Türkiyədə fəaliyyət göstərən HAK-İŞ, TÜRK-İŞ, Birləşmiş Dövlət İş konfederasiyaları, Vətən Partiyası və bir sıra digər qurumlar tərəfindən Əmək və Həmrəylik Günü münasibətilə Taksim Meydanında müəyyən edilmiş saatlar aralığında tədbir keçirilməsinə icazə verildiyi qeyd olunub.

 






DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84