. .

İsraildən Tehrana nuvə təxribatı..  Cavad Zərif açıqladı

11:10 - 12 Aprel
    11543 oxunma

İranın Xarici İşlər naziri Cavad Zərif, İsraili nüvə təxribatında günahlandırıb.

Bizimxeber.az Ria.ru portalına istinadən bildirir ki, Cavad Zərif bazar günü səhər İranın Atom Enerjisi Təşkilatı, Natanzdakı uran zənginləşdirmə zavodunda elektrik paylama şəbəkəsində qəzanın meydana gəldiyi barədə məlumat verib. 

"Heç kim zərər görmədi, ətraf mühit çirklənmədi" - deyən nazir hadisənin səbəblərinin müəyyən edildiyini bildirib: "İranın vitse-prezidenti və ölkənin atom enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi hadisənin planlaşdırılmış hücum və “nüvə terrorizmi” nin təzahürü olduğunu açıqladı." 

İran XİN rəhbərinin sözlərinə görə, İsrail “açıq şəkildə sanksiyaların ləğvi məsələsində irəliləməyimizə imkan verməyəcəyini bildirir: "Cavabımız isə nüvə inkişafında başqa bir irəliləyiş olacaq".

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84