İsraildə üçüncü total karantin rejimi başladı

00:02 - 28 Dekabr
    1160 oxunma

Bu gün İsraildə pandemiya dövrünün üçüncü total karantin rejimi başlayıb.  

Yanvarın 9-dək israillilərə zərurət olmadıqda evlərindən bir kilometrdən çox uzaqlaşmaq, bir-birinə qonaq getmək qadağan olunub. Karantin müddətində zəruri tələbat malları satan mağazalar istisna olmaqla, bütün ticarət obyektləri bağlanacaq, restoranlara yalnız çatdırılma xidmətləri göstərməyə icazə veriləcək.

Həmçinin ölkədə bütün əyləncəli tədbirlər qadağan edilib, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti tətbiq olunan bu və digər məhdudiyyətlərin siyahısını dərc edib. Qeyd edək ki, dekabrın 20-də İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına start verilib. 

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84