.
.

İsrail və Qəzza zolağında nə baş verir? - BMT Təhlükəsizlik Şurasının içlası çağırıldı

15:56 - 13 May
    1730 oxunma


Fələstin-İsrail qarşıdurmasının sülh yolu ilə həlli prosesi baş tutmadı. Üç ölkə dərhal BMT Təhlükəsizlik Şurasının üzvlərini İsrail və Fələstin arasındakı gərginliyin artmasını müzakirə etmək üçün 14 mayda təcili iclas keçirməyə çağırdı.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Çin, Norveç və Tunis BMT Təhlükəsizlik Şurası üzvlərini İsrail və Fələstin arasında artan gərginliyi müzakirə etmək üçün sabah (14 May) təcili iclas keçirməyə çağırdı. Beləliklə, yaxın günlərdə BMT Təhlükəsizlik Şurasının bölgədəki vəziyyətlə bağlı iclası baş tuta bilər.

Bu arada verilən məlumata görə, İsrail Qəzza zolağında quru əməliyyatı planlaşdırır.

Fələstin KİV-i yəhudi dövlətinin xüsusi xidmət orqanları tərəfindən müəyyənləşdirilərək öldürülən 10 Həmas yaraqlısı barədə məlumat yayıb. Buna cavab olaraq İslami Cihad qrupundan olan radikallar, raketlərin bu dəfə Təl-Əvivə və ətraflarına doğru yönəldiyini söyləyərək İsrailə qarşı zərbə bölgəsinin arealını genişləndiriblər.

Fələstin-İsrail münaqişəsinin böyüməsi necə başladı?

Qüdsdə vəziyyət aprelin ortalarında, müsəlmanların müqəddəs Ramazan ayının başlaması ilə kəskinləşdi. Təhlükəsizlik səbəbi ilə İsrail polisi, Qüdsün ərəb sakinlərinin axşam namazından sonra vaxtlarını keçirtdikləri ənənəvi yer olan İçərişəhərin Şam Qapısında pilləkənlərdə toplanmalarını qadağan etdi.

Polisin qərarı iğtişaşlarla nəticələnən müsəlman gənclər arasında etiraza səbəb oldu. Eyni zamanda ərəb sosial şəbəkələrində yəhudilərə qarşı hücumları təşviq etmək üçün bir kampaniya başladıldı. Daha bir hal Fələstinli bir gəncin Qüds tramvayının qarşısında ultra-ortodoksal bir yəhudiyə şillə vurması ilə bağlı TikTok videosu oldu. Bundan sonra daha bir neçə oxşar hadisə, həmçinin soyuq silah və odlu silahdan istifadə edilən terror hücumları...

Ən ciddi qarşıdurmalar Qüdsdə keçən müsəlmanların Ramazan ayının son cümə gününü qeyd etdikləri zaman baş verdi. Yüzlərlə Fələstinli, onlarla İsrail polisi yaralandı. Tək Qüdsdəki Məbəd Dağı üzərindəki Məscidi-Əqsa və şəhərin digər bölgələrində baş verən qarşıdurmalarda 300-dən çox fələstinli və 21 İsrail polisi yaralandı.

Əl-Əqsa məscidinin rəhbəri Ömər əl-Kisvaninin sözlərinə görə, polis məscidə misli görünməmiş barbar hücum etdi, binanın açarları ələ keçirildi. İsrail tərəfi qadağaların fələstinli qiyamçıların hücumları səbəbindən edildiyini izah etməyə çalışsalar da, Qüds hadisələri bütün İslam dünyasının gözlənilən qəzəbinə səbəb oldu.

Bu arada Çeçenistanın başçısı Ramzan Kadırov da kənarda qalmadı. "İsrail hakimiyyəti, cəza əməliyyatı üçün ən müqəddəs günləri seçdi. Bu, təxribatdan başqa bir şey deyil" deyə o, Telegram-da yazdı.

Ərəb Birliyi, Türkiyə Prezidenti Ərdoğan və başqaları fələstinlilərlə həmrəy olduqlarını dilə gətirdilər. İsrail yalnız ölkənin ənənəvi olaraq çətin münasibətlərdə olduğu insanlar tərəfindən deyil, yeni ərəb dostları tərəfindən də tənqid olundu. Əl-Əqsa məscidinə basqın və Fələstinlilərin Şeyx Cərrahdan qovulması BƏƏ tərəfindən qınandı.

Qüdsdəki vəziyyət, Qəzza zolağına nəzarət edən Fələstin HƏMAS hərəkatının fəaliyyətinə yol açdı. Uzun fasilədən sonra İsrail ərazilərinin atəşə tutulması başlandı.

Daha sonra digər bir Fələstin hərəkatı, "İslami Cihad" tərəfdarları səfərbər olduqlarını və israillilərdən qisas alacaqlarına söz verdilər. Fələstinlilər verdikləri sözə əməl etdilər - ultimatumun bitməsindən iki dəqiqə sonra Qüds də daxil olmaqla İsrailin bir çox yaşayış məntəqəsi vuruldu.

İsraill təbii ki, bu hücumlara hazır idi. Bir çox şəhərdə bomba sığınacaqları yoxlanıldı, ordu bu günlərə planlaşdırılan təlimləri ləğv etdi. Təyyarələrin Ben Gurion Beynəlxalq Hava Limanına qalxma və enmə qrafiki dəyişdirildi. Qəzza isə Fələstin tərəfindən gələn raket hücumlarına qarışılıq verərək ən azı iyirmi fələstinli öldürüldü.

Siyasi ekspertlərin fikrincə yaxın günlərdə BMT Təhlükəsizlik Şurasının iclası baş tutacaq. Ancaq hansı bir qətnamənin qəbul ediləcəyi ilə bağlı cavablar açıq qalır.

Xatırladaq ki, Qəzza zolağı ərazisinin bölünməsi uzunmüddətli Ərəb-İsrail qarşıdurmasının iştirakçıları tərəfindən mübahisələndirilən Fələstinin hissələrindən biridir. 1947-ci ildə BMT Baş Məclisi Fələstinin bölünməsi üçün hələ ərəb tərəifi tərəfindən qəbul edilməmiş bir plan hazırladı.1967-ci il altı günlük müharibədən sonra İsrail Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilini ələ keçirdi və burada yaşayış yerləri qurdu.

Fələstin bu torpaqlarda öz dövlətini yaratmaq istəyir. İsrail bununla razılaşmır və Qüdsü artıq “əbədi və bölünməz paytaxt” sayır.

Ədil Əlizadə
Bizimxeber.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84