. .

İsrail Qəzzadakı beynəlxalq medianın olduğu binanı bombaladı

17:20 - 15 May
    1011 oxunma


İsrail Qəzza zolağında beynəlxalq medianın ofislərinin yerləşdiyi binanı bombaladı. 

Bizimxeber.az bildirir ki, bu barədə "Ria Novosti" xəbər verir. Bir gün əvvəl də İsrailin "Əl-Cəzirə" telekanalının, "Associated Press" Agentliyinin və digər beynəlxalq medianın ofislərinin yerləşdiyi binaya hücum etməyi planlaşdırdığını barədə məlumat yayılmışdı.

Xəbərdən sonra "Əl-Cəzirə" və "Associated Press" tərəfindən də xəbərdarlıq mesajı yayımlandı. Adı çəkilən qurumların işçiləri binanı tərk ediblər.

Hucum zamanı bina tamamilə çöküb.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84