İsrail marixuananı beynəlxalq satışa çıxarır

11:19 - 15 May
    1270 oxunma

İsrail hökuməti tibbi kannabisin (marixuananın) ixracı ilə bağlı son qərarını elan edib.

Bizimxeber.az "Times of Israel"-ə istinadən xəbər verir ki, hökumət marixuananın digər ölkələrə satılmasına icazə verəcəyini qərarlaşdırıb.

Sənayenin bu sahəsinin ölkəyə yüz milyonlarla dollar gəlir gətirəcəyi gözlənilir. Artıq İqtisadiyyat naziri Eli Koen bununla bağlı müvafiq sərəncam da imzalayıb. Qeyd olunur ki, İsrailin Nazirlər Kabineti bu qərarı hələ 2019-cu ilin yanvarında təsdiqləsə də, Maliyyə və Səhiyyə Nazirliklərinin xüsusi komitəsində müzakirələr davam edib.

Artıq məmurlar bütün lazımi sənədləri hazırlayıblar. Qanuna əsasən, marixuana ixracatçıları bu məhsulu digər ölkələrə satmaq üçün İsrail Səhiyyə Nazirliyindən xüsusi icazə almalıdır.

Qeyd olunur ki, hazırda İsraildə marixuana becərilməsi ilə məşğul olan azı səkkiz şirkət mövcuddur. Bir neçə şirkət isə bu bitkinin istehsalı və satışı ilə məşğul olur.

Xatırladaq ki, İsraildə marixuananın tibbi məqsədlər üçün istifadəsi 2017-ci ildən leqallaşdırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84