"İsrail İranın nüvə silahı istehsal etməsinə izn verməyəcək" - Netanyahu

17:18 - 04 Yanvar
    1580 oxunma

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İrana nüvə silahı istehsal etməyə icazə verməyəcəyini bəyan edib.

Bu barədə Netanyahu “Twitter” səhifəsində paylaşım edib. İranın Fərdo şəhərində yerləşən stansiyada uranı 20 faiz zənginləşdirməyə başlamasına diqqət çəkən İsrail baş naziri hərbi bir nüvə proqramını inkişaf etdirən İranın bu addımını izahedilməz adlandırıb. 

“İsrail İranın nüvə silahı istehsal etməsinə izn verməyəcək”, – deyə Netanyahu əlavə edib.Qeyd edək ki, nüvə razılaşmalarına əsasən, İran uranın zənginləşdirilməsini 4.5 faiz həddində saxlayırdı.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi






Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84