.
.

İsrail F16-sı türklərin yaşadığı hündümərtəbəli binanı darmadağın etdi

12:33 - 13 May
    1405 oxunma


"İsrail Hava Qüvvələrinin F-16 təyyarəsi Rimal Qəzza bölgəsindəki altı mərtəbəli Türklərin yaşadığı binaya iki raket zərbəsi endirərək binanı bir kərpic yığınına çevirdi".
 
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bu barədə Fələstin xəbər agentliyi "Wafa"nın reportajında bildirilib. Məlumatda bildirilib ki, yaxınlıqdakı binalar da xeyli dərəcədə ziyan görüb. Bu İsrail Hava Qüvvələri tərəfindən dağıdılan dördüncü çoxmərtəbəli binadır . 
 
Qeyd edək ki, İsrail ilə Fələstin Qəzza zolağı arasındakı sərhəddə vəziyyət kəskinləşib . Fələstinli qruplar Qəzzadan İsrailə ən az 1600 raket atıb. İsrailin "Dəmir günbəz" raketdən müdafiə sisteminin effektivliyi təxminən 90% -dir. Şiddətlənmənin başlanğıcından bəri altı İsrail mülki və bir hərbçi ölüb. Fələstin Səhiyyə Nazirliyi 67 nəfərin öldüyünü açıqlayıb. 



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84