.
.

İsrail də kütləvi tədbirlərə məhdudiyyətlər qoyur

17:00 - 19 İyul
    10329 oxunma


İsrail hökuməti də yenidən kütləvi tədbirlərə məhdudiyyətlər qoyur. Dəyişikliklər 21 iyul Çərşənbə günü qüvvəyə minir.

Bizimxeber.az bildirir ki, bunu ölkənin baş naziri açıqlayıb.

O deyib ki, yalnız aşılananlar, mənfi bir PCR testi olanlar toylarda, bar mitzvalarında və digər kütləvi tədbirlərdə iştirak edə biləcəklər. İndiyə qədər bu yalnız bir tövsiyədir, lakin vətəndaşlardan bu məsələyə ciddi yanaşmaları istənilib.

Qeyd edək ki, koronavirusun "hindistan" növü ölkədə demək olar ki, ildırım sürətində yayılır. Eyni zamanda, bir milyona yaxın israilli hələ aşılanmayıb. Onlardan ən qısa zamanda peyvənd olunmaları istənilir ki, yeni dərs ilinə problemsiz başlaya bilsinlər.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84