İslandiyadan turistlərə şad xəbər

10:43 - 15 May
    875 oxunma

İslandiya hökuməti növbəti aydan ölkə sərhədlərini turistlərin üzünə açmağa hazırlaşır.

Bizimxeber.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

İslandiyada bu günə qədər yalnız 15 nəfərin koronavirus testi müsbət çıxıb, son beş gündə isə yeni yoluxma halı qeydə alınmayıb.

İslandiyanın Baş naziri Katrin Yakobsdottir bildirib ki, ölkə öz sərhədlərini iyunun 15-dən gec olmayaraq xarici turistlərin üzünə açacaq.

İslandiyaya səyahət edən şəxslər iki həftəlik karantinə alınmayacaq, amma onlar nəticəsi bir neçə saat sonra məlum olan COVID-19 testini vermək məcburiyyətindədirlər.

Hazırda İslandiyaya uçuşlar ancaq Boston, London və Stokholm şəhərlərindən yerinə yetirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84