İşğaldan azad olunmuş ərazilərdə tekstil fabrikləri açılacaq - 50 milyon yatırım
-
5880 oxunma

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoymağı nəzərdə tutur. Bizimxeber.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə Cümhuriyyətinin Tüm Kalkınma İş Adamları və Girişimcilər Dərnəyinin İdarə Heyətinin sədri İlhami Öztürk deyib.
O qeyd edib ki, rəhbərlik etdiyi qurum bir çox sahələrdə fəaliyyət göstərir, lakin ilk mərhələdə tekstil sahəsinə yatırım etmək nəzərdə tutulur. İ.Öztürk bildirib ki, digər sahələrdə hansı fəaliyyətlərin göstəriləcəyi Azərbaycandakı müzakirələrdən sonra müəyyən ediləcək. (Trend)
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84