İşğaldan azad edilən Füzuli ilə bağlı yeni proqram hazırlanacaq

18:25 - 19 Oktyabr
    1370 oxunma

Füzuli rayonunun aparıcı iqtisadçıları ilə birlikdə rayonun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlanılacaq. Bu barədə millət vəkili Vüqar Bayramov bildirib. O qeyd edib ki, Füzuli rayonu işğaldan öncə ölkəmizin iqtisadi gücə malik olan aparıcı bölgələrindən hesab olunurdu. Pambıqçılıq və taxılçılıq üzrə öndə olan rayonlardan biri kimi Füzulidə kənd təsərrüfatının digər istiqamətləri də inkişaf etmişdi. Rayon eyni zamanda sənaye məhsullarının istehsalına görə də fərqlənirdi.

Ərazisi 1386 km², əhalisi isə 150 min nəfərə yaxın olan Füzuli rayonu artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyacaq: “İran ilə sərhəddə yerləşən Füzuli rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhfə vermə imkanlarına malik olacaq. Ən qədim yaşayış yerlərindən biri olan Azıx mağarasının yerləşdiyi Füzuli rayonu əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turizim üçün yeni imkanlar deməkdir. Seçki qabağı təbliğat-təşviqat kampaniyasında vəd etdiyim kimi, Füzulinin aparıcı iqtisadçıları ilə birlikdə Füzuli rayonunun sosial-iqtisadi inkişaf proqramının hazırlanmasına başlayacayıq”. 

Millət vəkili əlavə edib ki, rayonda hər bir yaşayış məntəqəsinin potensialına və xüsusiyyətinə uyğun olaraq iqtisadi fəaliyyətlər, sərmayə qoyuluşları müəyyənləşəcək. Konkret iqtisadi və sosial tədbirlər planı təklif ediləcək. “Füzuli rayonu yeni və tarixi mərhələyə qədəm qoyur. Bu imkanı bizə qismət edən Ali Baş Komandamıza və Azərbaycan Ordusuna Füzuli sakinləri hər zaman minnətdar olacaqlar. Qarabağ Azərbaycandır!”, - deyə V. Bayramov bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84