İşdəydim, dedilər oğlun 11 tank vurub” - Tahir Misirxanovun ailəsindən reportaj

21:36 - 06 Oktyabr
    885 oxunma

"Aprel döyüşləri"nin qəhrəmanlarından biri dörd ildən sonra yenə öz şücaəti ilə fərqlənən və köhnə rekordunu 2 dəfə artıran gizir Tahir Misirxanovun növbəti qəhrəmanlığı Azərbaycan ictimaiyyətinə təqdim olundu. 2016-cı ildə Ermənistanın 6 tankını vuran gizir sentyabrın 27-də başlanan Vətən müharibəsində dünənə kimi daha 11 tank vurub. 

Bizimxeber.az əməkdaşları bu gün T. Misirxanovun ailəsi ilə görüşüb.  

Anası Yeganə Misirxanova bildirib ki, Tahir uşaqlıqdan tez-tez tank şəkilləri çəkər, sonra da nişan alaraq onları vurduğunu təsvir edərmiş. Bu günün giziri artıq uşaqlıq arzularını gerçəyə çevirir. Lakin indi onun "əsərləri" kağız üzərində yox, kilometrlərlə yüksəklikdən dronlarla çəkilir.

“Azərbaycan Bayrağı” ordeninə və Horadizin fəxri vətəndaşı adına layiq görülən, Lələtəpə zirvəsinin fatehlərindən biri olan Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.




 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84