İsa Qəmbərdən soyadlarla bağlı təklif 

12:45 - 03 Fevral
    10000 oxunma


Loading...

1993-cü il fevralın 2-də Milli Məclis Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması qərarı qəbul edib. Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilər.

Vətəndaşlara soyad rəsmən dəyişənədək hüquqi əhəmiyyətli bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlətmək hüququ verilib, dövlət orqanlarına soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlər üçün rüsum tutmamaq hökm edilib. Həmin dövrdə parlament sədri postunu tutmuş siyasətçi, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər soyadlar məsələsinin hələ də həllini tapmadığını vurğulayır.

Bizimxeber.az-ın məlumatına görə, siyasətçi yazır ki, 2 fevral 1993-cü il qərarının məqsədi müvafiq qanunlar qəbul edilənə qədər vətəndaşlara əlavə xərc və bürokratiya olmadan soyadını dəyişə bilmək imkanı vermək idi: “Bu istiqamətdə digər önəmli qərar və qanunları qəbul etməyə bizim hakimiyyətin zamanı, indiki hakimiyyətin isə iradəsi çatmadı.

Nəticədə bu günə qədər vətəndaşlarımızın önəmli bir hissəsi rus sonluqlu soyadlar daşıyır. Bu absurddur. Xüsusən müstəqilliyimizin 30-cu ilində. Milli Strateji Düşüncə Mərkəzi 2021-ci ildən başlayaraq dünyaya gələn körpələrin soyadını dövlət qərarı ilə milliləşdirmək, -ov, -yev kimi rus soyad sonluqlarından imtina edilməsi təklifi verib. Əlbəttə, fərqli kökənli vətəndaşlarımızın (həm yerli, həm də gəlmə) övladlarına istədikləri soyadı vermək hüququ olmalıdır.

İnanıram ki, bu il – istiqlalımızın 30-cu ildönümündə, ən geci 1993-cü ildə qəbul etdiyimiz qərarın 30 ili tamamlanana qədər problem həllini tapar”. 

1991-ci ildə dövlət müstəqilliyinin bərpası üç mərhələdən keçib: avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da akt ümumxalq səsverməsi ilə təsdiqlənib. 1992-ci il mayın 18-dən 1993-cü il iyunun 24-dək milli demokratik qüvvələr hakimiyyətdə olub. İsa Qəmbər onların təmsilçisidir.

1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub. /novator.az/

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84