İş adamı orduya "Hummer" hədiyyə etdi - FOTOLAR

11:17 - 30 Oktyabr
    14870 oxunma

İş adamı Cavidan Qorçıyev Qarabağın azadlığı uğrunda vuruşan əsgərlərimizə köməklik göstərib.  Qaynarinfo xəbər verir ki, gənc biznesmen bu məqsədlə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsi avtomobilini hədiyyə edib. O, işlək vəziyyətdə olan «Hummer h3» markalı «pikap»ı təmənnasız olaraq sərhədçilərin ixtiyarına verib. 

Sərhəd Xidmətinin əməkdaşları ilə görüşən C.Qorçıyev bildirib ki, bir iş adamı kimi daim dövlətimizin və dövlətçiliyimizin yanındadır: «Hamımız bu Vətənin, bu torpağın övladıyıq. Kimin nəyə gücü çatırsa, Silahlı Qüvvələrə yardım etməlidir.

Bütün Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib və əminəm ki, hörmətli ölkə başçısının rəhbərliyi altında biz Qarabağı işğaldan tamamilə azad edəcəyik. İnanıram ki, o gün çox yaxındadır. Qarabağ Azərbaycandır!».




 

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84