“İrəvanın da bir gecə...“ - Dövlət Baxçalıdan sərt açıqlama

13:48 - 13 Oktyabr
    1030 oxunma

“Ermənistan xərçəng xəstəsidir, kimyəvi terapiyasını da Türkiyə və türk düşmənçiliyi ilə edir”.  Bizimxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.

“Təcavüzkar ölkə Ermənistandır, günahsız insanları öldürən ölkə Ermənistandır, hüquq və qanunları tanımayan ölkə Ermənistandır. Atəşkəs çağırışları və iki ölkə arasında danışıq təklifləri yalnız iştirakçı ölkələrin təzyiqidir. Terrorçu dövlət Dağlıq Qarabağdan geri çəkilmədən və işğal olunmuş əraziləri Azərbaycana təhvil vermədən silahları endirmək, atəşkəs etmək, masalarda həll yolları axtarmaq qətllərin, rüsvayçılığın və amansızlığın leqallaşdırılması deməkdir”, - Baxçalı bildirib.

Lent.az-ın yazdığına görə, o, qeyd edib ki, Dağlıq Qarabağ 1,5 əsrlik bir dərddir və masa arxasında deyil, döyüşdə terror dövləti olan Ermənistandan alınmalıdır: “Bakını hədəf alanların, İrəvanın da bir gecə qəflətən əvəz ödəyəcəyini nə ağıllarından, nə də xatirələrindən çıxarmasınlar”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84