İrəvandan etiraf: Bakıya müqavimət göstərə bilmirik

17:04 - 16 Oktyabr
    1600 oxunma

Ermənistan Azərbaycan Ordusunun Qarabağda irəliləməsinin qarşısını almaqdan ötrü yenidən İrana müraciət edib.Ermənistan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Levon Ayvazyan bir neçə gün öncə İranın Ermənistandakı Səfirliyinə hərbi attaşe təyin olunan polkovnik Bəhman Sadeqi ilə son bir həftə ərzində ikinci dəfə görüşüb. Görüş zamanı Ayvazyan Tehrandan Azərbaycan ordusu ilə döyüşləri İranla sərhəddən daha təhlükəsiz əraziyə keçirilməsinin istəyib və bunun vacib olduğunu bildirib.

Ayvazyan dolayı yolla işğal olunmuş Qarabağın İranla sərhədə yaxın ərazisində Azərbaycan Ordusuna müqavimət göstərmək iqtidarında olmadıqlarını etiraf edib.

Qeyd edək ki, Qarabağda Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladıqdan Ermənistanın atdığı raketlərin bir qismi İran ərazisinə düşüb və müxtəlif itkilərə səbəb olub. İrəvanın niyə məhz İran ərazisini vurduğu hələ də müəmmalı olaraq qalır.

Bununla belə bəzi mənbələr Ermənistanın bilərəkdən İran ərazisini atəşə məruz qoyduğunu və İranı prosesə cəlb etmək istədiyi bildirirlər. Analitiklər isə Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyən Ermənistanın analoji addımları yaxın zamanlar yenidən təkrarlaya biləcəyini istisna etmirlər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84