İrəvanda növbəti aksiya - Polis kordon qurdu + Video

12:27 - 24 Dekabr
    1060 oxunma

Ermənistan polisi etirazçılar tərəfindən hökumət binasının bağlanmasının qarşısını almaq üçün Melik Adamyan küçəsində kordon qurub. Hökumət binasının ətrafı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb.

Binanın bloklanması səhər saat 10-a planlaşdırılsa da, müxalifətçilər hələ kütləvi şəkildə toplaşmayıblar. Dekabrın 23-də “Daşnaksütyun” partiyasının üzvü Qeqam Manukyan Nazirlər Kabinetinin iclasının keçiriləcəyi Ermənistan hökumətinin binasını mühasirəyə almaq niyyətində olduqlarını açıqlayıb.

Polislərin hökumət binasını mühasirəyə almasını Manukyan istehza ilə “Polislər nazirlərin içəri girə bilməməsi üçün hökumət binasını mühasirəyə alıblar. Biz bu məsələdə onlara kömək etmək üçün gəldik. Gizlincə girsələr də, çıxa bilməyəcəklər”,-deyə şərh edib.

Qeyd edək ki, 10 noyabrdan etibarən İrəvanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Aksiyaların əsas təşkilatçıları “Daşnaksütyun”, “Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır. Etirazçılar bu dövrdə mütəmadi olaraq müxtəlif küçələri hərəkətə bağlayıblar.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84