.
.

İrəvanda müxalifət mitinqi dayandırdı - "Paşinyanın istefasına nail olduq" - VİDEO

18:03 - 28 Mart
    15000 oxunma


Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olan müxalif "Vətənin xilası Hərəkatı" nın nümayəndələri Yerevanda mitinqi paytaxtın mərkəzi küçələri ilə yürüş etməklə başa çatdırıblar. 

Bizimxeber.az erməni mətbuatına istinadən bilririr ki, "şəhərin küçələrində yürüş ilə mitinqi başa çatdırmağı təklif edirəm", - deyə hərəkatın koordinatoru İşxan Sağatelyan deyib.

Onun sözlərinə görə, müxalifət öz niyyətlərindən əl çəkməyəcək və Paşinyanın gedişinə nail olacaq. O əlavə edib ki, siyasi qurumlar iyunun 20-də keçiriləcək seçkilərə növbəti prosedur deyil, Paşinyanın hakimiyyətdən kənarlaşdırılması proqramı kimi baxmalıdırlar. 

Müxalifətdən olan namizədi Vazgen Manukyan isə bildirib ki, Paşinyan güc strukturlarından mitinqçilərə qarşı mübarizədə istifadə edir, deməli, güc tətbiq edir.  "Gücə qarşı güclə müqavimət göstərməliyik. Mübarizəyə bir neçə min adamı deyil, bütün xalqı ayağa qaldırmaq lazımdır", - deyə Manukyan bildirib.

Onun sözlərinə görə, müxalifət bölgələrə səfər etməli, təbliğat, təşkilati işləri ilə məşğul olmalıdır. "Biz hər yerdə öz strukturlarımızı yaratmalıyıq və X günündə bütün insanları bir-iki gün ərzində prosesi tamamlamaq üçün ayağa qalxacağıq. Biz bu günə ciddi hazırlaşmalıyıq", - deyə Manukyan qeyd edib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84