İranlı general: "ABŞ gəmilərini müxtəlif raketlərlə məhv edə bilərik"

17:17 - 25 Yanvar
    11000 oxunma


Eastnews.org-un verdiyi xəbərə görə, İnqilab Keşikçiləri Korpusu nəzdindəki "Xanım Zeynəb (s.a)" Qərargah komandiri briqada generalı Rəhim Noyi Əqdəm ABŞ-ın bölgədəki hərbi varlığını dəyərləndirib. 

General Noyi Əqdəm "Dünya ordularının təsnifatında ABŞ ordusu dəniz əsaslı ordu olaraq qəbul edilir. Başqa sözlə, ABŞ ordusunun ölkə xaricində əməliyyat keçirməsi üçün istifadə etməsi lazım olan bütün güc donanmaya bağlıdır", - deyib.

Noyi Əqdəm sözlərinə belə davam edib: "ABŞ artıq müqavimət qüvvələrinə qarşı xüsusi bir fəaliyyət göstərə bilməz. Çünki qüvvələri və hərbi dəniz bazaları Fars körfəzindəki ölkələrdə ciddi şəkildə alçaldılıb və yerləşdikləri zirvədən düşüb. Qərbi Asiyada heç bir şey edə bilməyən ABŞ qüvvələrinə qarşı müqavimət cəbhəsi qüvvələrinin, xüsusilə İran Silahlı Qüvvələrinin zəkası, hərəkətliliyi, gücü və birliyi gündəmdədir".

ABŞ-ın bölgədəki hərbi mövcudluğunun bir vaxtlar ölkə üçün təhlükə olduğunu söyləyən Noyi Əqdəm "Bu gün Allahın lütfü ilə ABŞ hərbi gəmilərini müxtəlif raketlərlə məhv etmək qabiliyyətinə sahibik", - deyə bildirib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84