İranla Azərbaycan arasında yeni dəmiryolu terminalı

11:38 - 25 Yanvar
    3360 oxunma


Loading...

Tezliklə İranla Azərbaycan arasında İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryolu terminalının inşası başlayacaq.

Bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib. Ə.Behnamcunun sözlərinə görə, dəmiryolu terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb.

O, əlavə edib ki, Ərdəbil-Parsabad dəmiryolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb: "Azərbaycanın dəmiryolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryolu çəkiləcək”. Vali deyib ki, dəmiryol terminalı vasitəsi ilə İranın Ərdəbil vilayətinin Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı artacaq: "Bu terminal və iki ölkə arasında birgə sənaye parkının yaradılması ilə bölgədə investisiya imkanları artacaq”. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84