.
.

İranın vitse-prezidenti həbs edildi

11:39 - 10 Mart
    5160 oxunma


İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri İsa Kəlantəri İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyniyə hörmətsizlik etmək ittihamı ilə 4 aylıq həbs edilib. 

Bu barədə İslam İnqilabı Məhkəməsinin 26-cı şöbəsi qərar verib. Qərara əsasən, İranın vitse-prezidenti 2 il müddətinə siyasi partiyalara üzv ola bilməz, həmçinin ictimai təşviş məqsədilə şayiələr yaydığına görə 40 milyon rial (təxminən 952 dollar) cərimə ödəməlidir.

Sözügedən qərarla bağlı İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini Əsğər Daneşian bildirib ki, İranın vitse-prezidentinin həbsi ilə əlaqədar verilən qərar qəti deyil. Bununla əlaqədar apelyasiya məhkəməsinə şikayət olunacaq.

Qeyd edək ki, İranın vitse-prezidentinin İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni və İslam İnqilabının əsasları haqda açıqlaması müəyyən narazılıqlara yol açıb. Ə.Daneşian qeyd olunan açıqlamanın kontekstdən çıxarılaraq yayımlandığını deyib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84