İranın deputatı: "İran Azərbaycandan torpaqlarını mütləq geri almalıdır"

18:16 - 22 Dekabr
    1540 oxunma

İran parlamentinin deputatı, Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin üzvü Mahmud Əhmədi Bilaş Azərbaycan və Türkiyəni hədəf alaraq, təhdid edib.

Bizimxeber.az Yenişafak-a istinadən yazdığına görə, parlamentin iclasında ölkəsinin xarici siyasətindən söz açarkən millət vəkili Bilaş deyib ki, İran hökuməti Qarabağ müharibəsində diplomatik tərbiyəni bir kənara buraxıb, Ermənistanın yanında olmalıydı.

O, əlavə edib ki, Qarabağ müharibəsi keçmişdə qalsa da, görüləsi işlər də az deyil. İran ilk növbədə, gələcəkdə mütləq Azərbaycandan topraqlarını geri almalıdır. İranın Şazand şəhərindən seçilmiş deputatın fikrincə, Ermənistanı dəstəkləmək İranın xarici siyasətində əsas vəzifə olmalıdır.

“Qarabağ müharibəsi zamanı Ermənistanı açıq dəstəkləməməyimiz böyük səhv oldu. Bu günki Azərbaycan Respublikası ilə Güney Qafqazın bəzi qismləri orjinal tarixi sənədlərə görə İranın bir parçasıdır. Ona görə də, gələcəkdə bu torpaqlar İrana qaytarılmalıdır. İran, Amerikanın və Avropanın Türkiyəyə qarşı sanksiyalarını birmənalı şəkildə dəstəkləməlidir”, - deyib türk düşməni Bilaş.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84