İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

01:33 - 12 Dekabr
    1960 oxunma

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. 

Bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən xəbər yayıb. Səfirə İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifin Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına yazdığı iddiaların hər iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyi və bununla da İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başlamasından narazılıq çatdırılıb.

Bundan başqa, belə bir yanaşma tərzinin Türkiyə ilə İran arasındakı yaxın əlaqələrə münasib olmadığı, bu əlaqələri pozmaq istəyən dairələrin maraqlarına xidmət edəcəyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Ərdoğanın Bakı səfəri zamanı səsləndirdiyi şeir səbəbindən Türkiyənin Tehrandakı səfiri Dərya Örs İran XİN-ə çağırılmışdı.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84