.
.

İranda koronavirusun dördüncü mərhələsi başladı

17:55 - 03 Aprel
    7520 oxunma


“İranın iki vilayətində koronavirus pandemiyasının dördüncü dalğası başlayıb”.  Bunu Koronavirusla Milli Mübarizə Şurasının iclasında İran Prezidenti Həsən Ruhani deyib.

O, xalqa sağlamlıq protokollarına riayətlə bağlı xəbərdarlıq edib: “Əgər bu protokollara əməl edilməsə, bu, başqa vilayətlərə də yayılacaq. Novruz bayramı ilə əlaqədar alış-verişlər, səyahətlər bizi problemlərlə qarşı-qarşıya qoya bilər.

Virus mutasiyaya uğradı. Böyük Britaniya, Braziliya və Cənubi Afrika ştammları ortaya çıxdı. Bunlar daha təhlükəlidir”. 

Prezident qeyd edib ki, “qırmızı” və “narıncı” olaraq müəyyənləşdirilən yüksək riskli vilayətlərdə kütləvi dini ibadətlər, tədbirlər yasaqlanıb, ancaq “sarı” və “mavi” yerlərdə sağlamlıqla bağlı tələblərə əməl etməklə, bunlara icazə verilə bilər.

İran prezidenti COVID-19-un dördüncü dalğasının başladığı vilayətlərin adlarını açıqlamayıb. Ancaq yerli media bu ərazilərin İraq sərhədindəki İlam və Tehrana yaxın Elburz vilayətləri olduğu yazılıb.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84