. .

İranda koronavirusdan ölənlərin sayı 75 mini keçdi

17:54 - 10 May
    1184 oxunma


İranda ötən sutka ərzində 351 nəfər koronavirusdan (COVID-19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da bu virusdan ölənlərin sayı 75 261 nəfərə yüksəlib. 

Ötən sutka ərzində 18 408 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 673 219 nəfərə çatıb. Virus daşıyıcılarından 5 533 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 

İranda indiyədək 2 127 192 nəfər koronavirusdan sağalıb, 17,2 milyondan çox diaqnoz testi həyata keçirilib.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84