İranda koronavirusdan ölənlərin sayı 53 mini keçib
16:20 - 17 Dekabr
-
1270 oxunma

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 212 nəfər vəfat edib. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 53 095 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 7 453 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 1 138 530 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 856 513 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 5645 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84