İrana qaçan ermənilər geri qovulur

10:58 - 08 Oktyabr
    1090 oxunma

Cəbrayıl və Füzuli rayonlarında yaşayan ermənilər həmin ərazidə gedən hərbi əməliyyatlar nəticəsində yaşayış yerini tərk edərək İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslandüz şəhəri yaxınlığında yerləşən İskanlı kəndinin ərazisindən keçməklə İrana daxil olmağa cəhd göstəriblər. 

“Yeni Sabah” xəbər verir ki, hazırda həmin ərazidə İran vətəndaşı olan xeyli sayda azərbaycanlı toplaşıb və bu kimi cəhdlərə mane olurlar. Belə ki, İran ərazisinə keçmək istəyən ermənilər azərbaycanlılar tərəfindən fiziki təzyiqlərlə üzləşir və geri qayıtmağa məcbur edilirlər.

İranda yaşayan azərbaycanlılar arasında hərbi əməliyyatlarda iştirak etmək istəyən şəxslərin də sayında artım müşahidə olunur. Bir neçə gün öncə 50 nəfərə yaxın şəxs bu məqsədlə Azərbaycan ərazisinə keçməyə cəhd göstərib. Lakin onlar İİR-in hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. 

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84