İran XİN: Şəhidlərə görə təəssüflənir, tərəfləri təmkinli olmağa dəvət edirik

11:56 - 13 İyul
    3780 oxunma

“Azərbaycan hərbçilərinin şəhid olmasına görə təəssüflənirik və münaqişə tərəflərini təmkinli olmağa dəvət edirik”.

Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan–Ermənistan dövlət sərhədində baş vermiş döyüşə dair suala cavabında deyib.

A. Musəvi qeyd edib ki, İran bütün münaqişələrin, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84