İran və erməni rəsmiləri görüşdə Qarabağın statusundan danışdı

17:36 - 18 Fevral
    9800 oxunma

"İran Qarabağ ətrafında gedən proseslərdən kənarda qala bilməz və Azərbaycanın tərəfində fəaliyyət göstərən digər regional dövlətlərin fəal iştirakı nəzərə alınaraq öz mövqeyini bildirməlidir". Bunu Ermənistan parlamentinin sədri Ararat Mirzoyan bu gün İran səfiri Abbas Zoxuri ilə görüşündə deyib.

Bizimxeber.az erməni mətbuatına istinadən xəbər verir ki, spiker regional qüvvələrin həm Qarabağdakı döyüş əməliyyatları zamanı, həm də sonrakı dövrdə proseslərə müdaxilə etdiklərini xatırladıb.

Mirzoyana görə, 9 noyabr tarixli üçtərəfli açıqlamadan sonra götürülən öhdəliklərin yerinə yetirilməsi lazımdır. Hər şeydən əvvəl əsirləri “hamı hamı üçün” prinsipi ilə geri qaytarmaq lazımdır.

Bundan əlavə, nazir qeyd edib ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ reallaşmayana və status məsələsi həll olunana qədər münaqişə həll edilmiş hesab edilə bilməz.

Öz növbəsində səfir Zokhuri, Tehranın atəşkəs bəyanatını alqışladığını qeyd edib. İran Xarici İşlər Naziri tərəfindən əvvəllər ifadə edilmiş mövqeyini də təsdiqləyib ki, hərbi əsirlər məsələsi təcili olaraq həll olunmalıdır.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84