.
.

İran Ukrayna “Boinq” inin qəzaya uğramasının səbəbini açıqladı

00:14 - 18 Mart
    7000 oxunma


"Ukrayna sərnişin təyyarəsi düşmən hədəfi ilə səhv salınaraq vurulub". 

Bizimxeber.az bildirir ki, bu bu barədə İran Mülki Aviasiya Təşkilatının yekun hesabatında deyilir.

"Təyyarəni hava hücumundan müdafiə bölməsi düşmən hədəfi ilə səhv salıb və iki raket ilə vurub" - deyə İranın yaydığı hesabatda deyilir. 

Hesabat müəllifləri gələcəkdə belə hadisələrin qarşısını almaq üçün bir sıra tövsiyələrini də təqdim ediblər.

Qeyd edək ki, Boeing 737, 8 yanvar 2020-ci ildə Tehran hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzada 176 nəfər - Əfqanıstan, Almaniya, İran, Kanada, Ukrayna, Böyük Britaniya və İsveç vətəndaşları dünyasını dəyişib. 

Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC, İran silahlı qüvvələrinin bir hissəsi) hadisənin bütün məsuliyyətini öz üzərinə götürüb. Təyyarənin TOR-M1 hava müdafiə sistemindən iki yaxın mənzilli raketlə vurulduğu məlum olub.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84